“Əbədi məşəl” adlı konsert təşkil olundu

“Əbədi məşəl” adlı konsert təşkil olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də Heydər Əliyev Sarayında “Əbədi məşəl” adlı konsert keçirilib.

OLAY yazır ki, konsertdə ifaçılar əvvəlcə dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baletindən Vals və Adogionu səsləndiriblər. Sonra Əməkdar artist Fərqanə Qasımova Vüqar Camalzadənin Məhəmməd Füzulinin qəzəlinə həsr etdiyi “Eşitməzdim” əsərini ifa edib.

Konsertdə Xalq artistləri Teyyub Aslanov, Yusif Eyvazov, Elçin Həşimov, Əməkdar artistlər Əliağa Sədiyev, Toğrul Əsədullayev, Şirzad Fətəliyev, Kamran Kərimov, Afaq Abbasovanın möhtəşəm ifaları Forumun qonaqlarını valeh edib.

Milli musiqi aləti tarın ecazkar səsinin müşayiəti ilə təqdim olunan rəqslərin ahəngi maraqlı kompozisiya yaradıb.

Tədbirdə, həmçinin Fikrət Əmirovun "Gülüstan Bayatı-Şiraz" simfonik muğamından fraqment, "1001 gecə" baletindən Şəhriyar və Şəhrizadın dueti, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından qızların rəqsi, "İldırımlı yollarla" baletindən "Ümumi rəqs", Firəngiz Əlizadənin "İntizar" operasından final səhnəsi təqdim olunub.

Konsert proqramı tamaşaçıların zövqünü oxşayıb.