“Ailəni gəlinlər və kürəkənlər dağıdır”

“Ailəni gəlinlər və kürəkənlər dağıdır”

Tanınmış müğənni Müşərref Akay televiziya proqramlarından birində taleyindən giley-güzar edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, o gəlin və kürəkənin əsla daxil olduqları ailənin doğma fərdi kimi davranmadıqlarını  söyləyib.

"Ailəni gəlmələr dağıdır - Gəlinlər və kürəkənlər. Ailəyə gələn kürəkən, gəlin ailənin möhkəmliyini parçalayır. Bəlkə şanslı olanlar var, mən şanslı olmadım. Nə mən, nə qardaşımın bəxti gətirmədi, ikimizin də yuvası dağıldı, sonda yenə ikimiz baş-başa qaldıq. Hər nə qədər ana, ata desə də, gəlin doğma övlad kimi davranmır, kürəkən də qayınataya oğul olmur", - o bildirib.

Qeyd edək ki, Müşerref Akayın birinci evliliyindən olan iki oğlunun ailəsi uğursuz alınıb.

Özü isə 4 dəfə ailə qurub. 3 il evli qaldığı üçüncü həyat yoldaşı Əkbər əslən Gəncə şəhərindən olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun