Ukraynanın Xalq artisti faciəli şəkildə öldü

Ukraynanın Xalq artisti faciəli şəkildə öldü
Ukraynanın Xalq artisti faciəli şəkildə öldü

Ukraynanın Xalq artisti Nikolay Yançenko bədbəxt hadisə nəticəsində həyatını itirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, faciə Vinnitsa vilayətinin Strijavka qəsəbəsində, sənətçinin yaşadığı evin həyətində baş verib. Bildirilir ki, xeyriyyə konsertlərindən qayıtdıqdan sonra dincəlmək istəyən ifaçı hovuza daxil olub. Həmin vaxt o, elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Sənətçinin dostu Yuri Melnik sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, Nikolay Yançenkonun ölümü ani baş verib. Onun sözlərinə görə, ifaçı son günlər Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə təşkil olunan xeyriyyə konsertlərində iştirak edirdi. Bu tədbirlərdə İrina Fedişin və "Lisapetnıy batalyon" qrupu da yer alıb.

Yuri Melnik bildirib ki, Nikolay Yançenkonun vəfatı ailəsi, yaxınları və çoxsaylı pərəstişkarları üçün böyük itki olub.

Qeyd edək ki, Nikolay Yançenko "Lişe u nas na Ukrayini", "Perelaz", "Karasik", "Oy çoho j vi mamo posivili rano", "Yablunya Pepinka" və digər məşhur mahnıları ilə tanınırdı.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az