Xəbər verdiyimiz kimi, "Zəng" filmindəki "Samara Morqan" rolu ilə tanınan aktrisa Deyvi Çeyz vəfat edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 35 yaşında dünyasını dəyişən aktrisanın ölümünün səbəbi açıqlanıb.
İddialara əsasən, Los-Anceles Şəhər Tibbi Ekspertizası Ofisi ölüm səbəbi kimi QİÇS-i göstərib. Bildirilir ki, aktrisanın uzun illər müxtəlif narkotik vasitələrdən istifadə etməsi də səhhətinə ciddi təsir göstərib.
Atası Con Devid Şvaylerin sözlərinə görə, Deyvi Çeyz bakterial meningit və qan infeksiyasının yaratdığı ağırlaşmalar nəticəsində dünyasını dəyişib. O, həmçinin qızının son illərini yoxsulluq içində keçirdiyini, evsiz qaldığını və narkotik asılılığının da məhz "The Ring" filminin nümayişindən qısa müddət sonra başladığını bildirib. Atası qızı ilə sonuncu dəfə onun 19 yaşı olarkən danışdığını da əlavə edib.
Qeyd edək ki, Deyvi Çeyzin son ekran işləri 2015-2016-cı illərə təsadüf edir. O, 2018-ci ildə narkotik vasitə saxlamaq ittihamı ilə də həbs olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















