“Tezliklə Aygün Kazımova ilə yeni duetimizi təqdim edəcəyik”.
OLAY yazır ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “İncə səhər” verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb.
O bildirib ki, illər sonra hazırladıqları layihəni mayın sonunda təqdim edəcəklər:
“Artıq mahnımız aranjiman edilir. Düşünürəm ki, maraqlı bir iş ortaya çıxardacağıq. Sözləri mənim “Arzu tut” mahnımı yazan Xəyyama məxsusdur. Sözlər bizi çox tutdu, ona görə də bunu seçdik. Burada həsrət və intizar var. İnsanlara düşünürəm daha doğma gələr. Çox toxunan ifadələrdir. Bu mahnı toylarda oxuyub, bəy-gəlinin oynaması üçün deyil. İnsanları düşünməsi və təsir etməsi üçündür. Bu mahnını dinləyicilər eşidib yaşaya biləcəklər.
Apreldə mahnını çıxartmaq istəyirdik. Amma çatdıra bilmədik. İstəyirik ki, yaxşı bir iş olsun. Klipin olub-olmayacağı haqda heç bir şey deyə bilmərəm. Əsas mahnının hazır olmasıdır”.