Müğənni bacılar Sevil və Sevinc Səfərovalar sosial şəbəkədə etdikləri ailə paylaşımı ilə diqqət mərkəzinə düşüblər.
Milli.Az-ın məlumatına görə, əkiz bacılar bu dəfə qardaşları, onun həyat yoldaşı və övladları ilə birlikdə çəkilən görüntülərini izləyiciləri ilə bölüşüblər. Səmimi ailə anlarını əks etdirən fotolar qısa zamanda maraqla qarşılanıb.
Paylaşımın ardından çoxsaylı izləyici ailənin mehriban münasibətini yüksək qiymətləndirərək xoş sözlərini və təbriklərini yazıb. Bəzi istifadəçilər isə bacıların ailə dəyərlərinə verdiyi önəmi xüsusi vurğulayıblar.
Sevil və Sevinc Səfərovaların paylaşdığı görüntülər qısa müddətdə geniş baxış toplayıb və sosial şəbəkələrdə maraq doğuran paylaşımlardan birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)



















