Müğənni Kristina Orbakayte uzun müddət sonra Rusiyaya qayıdıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hazırda ABŞ-da yaşayan serialda çəkilən və heç bir ictimai-siyasi hadisələrə önəm verməyən sənətçi fərqli obrazda obyektiv qarşısına keçib.
Sənətçi "İlin mahnısı" festivalında qırmızı xalça üzərinə çıxıb.
Qeyd edək ki, bundan əvvəl "Mash" teleqram kanalı ifaçının Rusiyada çıxış etmək üçün 50 min avro, biznes sinifdə uçmaq, təhlükəsizliyinin ciddi qorunması, konsert zamanı pərdələrin möhkəm bağlanması, foto və videoların olmamasını istəyib.
Xatırladaq ki, Kristinanın anası, Xalq artisti Alla Puqaçova Rusiyanın Ukraynaya hərbi hücumundan sonra ölkəni tərk edib və hazırda ailəsi ilə birlikdə Kiprdə yaşayır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun