"40 yaşın ilk şəkli"

"40 yaşın ilk şəkli"
"40 yaşın ilk şəkli"

Aparıcı Leyla Quliyeva ad günü münasibəti ilə paylaşım edib.

Milli.Az xəbər verir ki, tele-aparıcı bununla bağlı sosial şəbəkə hesabında yayımladığı foto ilə izləyicilərinə təşəkkür edib:

"40 yaşın ilk şəkli. Hamınıza təşəkkür etmək istəyirəm. Təkcə ad günümdə yox, hər günümdə məni izləyən, inanan, daha yaxşı, güclü olmağa həvəsləndirən insanlara minnətdaram. Mən tərif həvəskarı deyiləm. Sadəcə səmimiyyət tərəfdarıyam. Tənqiddə də, məzəmmətdə də, yeri gəlsə elə tərifdə də səmimiyyət, haqq varsa, qəbulumdur. Bu, həmişə belə olub, bundan sonra da belə olaraq qalacaq.  Həyatınız, ürəyiniz sevgi, məmnuniyyətlə o qədər dolsun ki, mənfi hisslərə heç yer qalmasın. Ötürdüyünüz hər növ enerji mütləq sahibinə qayıdır. İşıqla və sevgi ilə dolu ömür arzu edirəm hamınıza".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az