Aparıcı Şəbnəm: "Şəhərdə evli qadınlar kişi axtarır, oğlan tutmağa çıxırlar" - (Video)

Aparıcı Şəbnəm: "Şəhərdə evli qadınlar kişi axtarır, oğlan tutmağa çıxırlar" - (Video)
Aparıcı Şəbnəm: "Şəhərdə evli qadınlar kişi axtarır, oğlan tutmağa çıxırlar" - (Video)

Aparıcı Şəbnəm Naibli səsləndirdiyi fikirlərlə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, tele-aparıcı Nail Naiboğlunun "YouTube" kanalına qonaq olarkən müasir dövrdə qadın və kişi münasibətləri ilə bağlı maraqlı fikirlər səsləndirib.

Şəbnəm Naibli bildirib ki, zaman keçdikcə münasibətlərdəki yanaşmalar dəyişib. Onun sözlərinə görə, əvvəllər təşəbbüskar tərəf daha çox kişilər olduğu halda, indi bunun əksinə rast gəlmək mümkündür.

Aparıcı, həmçinin bəzi qadınların, o cümlədən evli xanımların da yeni münasibət axtarışında olduqlarını iddia edib. O, bu vəziyyətin cəmiyyətdə narahatlıq doğurduğunu vurğulayaraq, belə halların artmasının təəssüf doğurduğunu qeyd edib.

Şəbnəm Naiblinin bu açıqlamaları sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müxtəlif fikirlərə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az