Aktrisa Sevinc Əliyeva Bali tətili ilə bağlı sosial media hesabında paylaşım edib.
OLAY yazır ki, o, səyahət zamanı stres yaşadığını bildirib.
“10 gün Balidə oldum. Bəzi şeylər düşündüyüm kimi olmadı. Stres yaşadım, yalanla üzləşdim və yenidən bir güvən dərsi keçdim. Amma ən əsası, hət işdə bir xeyir olduğu kimi, burada da yeni insanlar tanıdım. Birgə problemləri aşdıq və yolumuza davam etdik. Nə yaxşı, məhz bu insanlar oldu. Bali, səni isə çox sevdim. Gələn dəfə mənə dərs yox, hüzur ver. Görüşənədək”, - deyə, Əliyeva yazıb.