"Bəzi həkimlər simanı bütöv şəkildə dəyişirlər".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə "Xəzər axşamı" verilişində deyib.
İfaçı etdirdiyi estetik əməliyyatlardan söz salıb:
"Həkimlərim sağ olsunlar, məni çox dəyişməyiblər. Bircə üzgərmə olub, bir də dodaqlarımı balacalaşdırmışam. Mənim üz quruluşum elədir ki, dodaqlarım böyükdür, uşaqlıqdan belədir. Mənə yazırdılar ki, "ağzın çox böyükdür". Mən də həkimə dedim ki, bir az balacalaşdırsın. Bu Allahın verdiyi simadır. Sadəcə bir az toxunuş edib, daha da gözəlləşdiririk".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun