"Hər il bu vaxt sənin, möcüzə gözləyən balaca məsum uşaq kimi oturub, saata baxmağın mənim üçün ən ürəkəridən mənzərədir. Sən mənim evimsən - harada olursaq olaq, sənin qucağın mənim sığınacağımdır. Çörəyimsən, suyumsan. Qaranlıqda yolumu işəqlandıran ən böyük ulduzumsan. Hər gün güzgüdə özümə baxanda gördüyüm insana yox, sənin gözlərində gördüyüm əksimə bənzəmək istəyirəm".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Aydan Axundzadə aktyor həyat yoldaşı İbrahim Çingizlə bağlı paylaşımında yazıb. Həyat yoldaşını ad günü münasibətiylə təbrik edən sənətçi bunları əlavə edib:
"Bir baxışın, sözün yetir ki, dünyanı çiyinlərimə alıb, qanad açım. Məni sənə gətirən yol ən ağır, ağrılı, keçilməz, dözülməz olsa belə, o yolu gündə min kərə gəlməyə bəxtəvər olaram. Sən mənim ən yaxın dostum, ən böyük sirdaşım, ruhumun qidasısan. Deyirdin ki, bizim hər günümüz möcüzələrlə doludur. Başqa yolu da yoxdur, çünki sən özün ən böyük möcüzəsən. Mənə görə üstündən xətt çəkdiyin arzularından xəbərdaram, rahatlığım üçün verdiyin və verməyə hazır olduğun qurbanların da sayını bilirəm. Və hər gün onların qarşılığını min qat gözəlliklərlə almağına dua edirəm. Səninlə yaşlanmaq Allahın mənə verə biləcəyi ən böyük mükafat olar. Səninlə hər zaman fəxr edirəm. Və səni təsəvvür etməyəcəyin qədər sevirəm! Hər nəfəsdə. Doğum günün mübarək, dünyam!".
Qeyd edək ki, İbrahim və Aydan cütlüyünün bir övladı var. İbrahim Əməkdar artisti Çingiz Əhmədovun oğludur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun