İradə İbrahimovaya ağır itki

İradə İbrahimovaya ağır itki
İradə İbrahimovaya ağır itki

Müğənni İradə İbrahimova ailəsində ağır itki yaşanıb. 

Milli.Az xəbər verir ki, onun xalası vəfat edib.

Sənətçi hisslərini bu sözlərlə bildirib:

"Çox gedənim oldu. Əllərimlə çiçək kimi tərtəmiz çimizdirib torpağa təslim etdiyim də oldu. Yola salarkən inanmağım gəlməsə də, hər ölümdə tək nöqtədə birləşəcəyimizi düşünürəm. Və o gün mütləq olacaq. Bitən heç nə yoxdur, başlanğıc var.İnsanların içində insana həsrət qalmağın içimi sızladacaq. Ən yaxın rəfiqəm, dərd ortağım, dinləyənim, anlayanım, məni məndən daha yaxşı tanıyanım, halal et. Mən bir müddət daha bu səyyarədə var olmağa davam edəcəyəm. Məkanın cənnət olsun, Rəhiləm. Zümrüdünə qovuşunca mənim yerimə də qucaqla".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az