"Qızım deyir ki, ana nədir, NƏNƏSƏN" - VİDEO

"Qızım deyir ki, ana nədir, NƏNƏSƏN" - VİDEO

"Nəvəm mənə çox bənzəyir. Allah hamıya qismət eləsin".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib.

O, nəvəsi Zəhradan danışaraq həmkarlarına göz dağı verib:

"Zəhra mənə "Fatoşum" deyir. Mənim həyatımda hər bir şey çox tez baş verdi. Tez evləndim, tez ana oldum, tez nənə oldum. Qızım Aydanla da bacı kimi görünürük. Biz harasa gedəndə mənə "mama" deyir. Hamı deyir ki, "Nə, mama?" İndi də heç kim inanmır. Qızım da əsəbləşib deyir "nə mama, o nənədi ee". Həqiqətən də çox gözəl hisslərdir. Oğlum evlənəndə, uşaqları olanda mənə "göyçək nənə" deyərsiniz. Onun da hələ 13 yaşı var. Hələ ki, Fatoşam".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun