Məşhur sənətçidən üzücü xəbər - FOTO

Məşhur sənətçidən üzücü xəbər - FOTO

"Kahtalı Miçe" kimi tanınan məşhur vokal sənətçisi Mustafa Aslanın xərçəng xəstəliyinə tutulduğu açıqlanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, səhhəti ilə bağlı çətin günlər keçirdiyi deyilən 71 yaşlı türk xalq artisti Akdeniz Universiteti Tibb Fakültəsində müalicə alır.

Sənətçi Onur Akay Kahtalı Miçenin sağlamlıq durumu ilə bağlı məlumat verərək bu sözləri deyib: "Qırtlaq xərçəngi diaqnozu qoyulan sənətçi Antalyada müalicə alır. Onun kimyaterapiya müalicəsi davam edir. Dualarınızı əsirgəməyin".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun