"Ələkbər əmi" ləqəbi ilə tanınan mərhum Əməkdar artist Ələkbər Hüseynovun ad günü olub.
Milli.Az xəbər verir ki, aktyorun qızı Nərgiz onunla bağlı paylaşım edib.
O, atasının arxiv videosunu yayımlayaraq "65 yaşın mübarək, ata. Qoy, hər kəs hər zaman səni belə xatırlasın" sözlərini yazıb.
Qeyd edək ki, Ə.Hüseynov 2007-ci ildə 46 yaşında dünyasını dəyişib. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















