Müğənni Samirə ƏliMəryəm qızı Məryəmin idmana olan sevgisindən danışıb.
Milli.Az xəbər verir ki, "Qonaqcanlı" verilişinə qonaq olan sənətçi övladının futbolçu olmasına əvvəl qarşı çıxdığını etiraf edib:
"Qızım 2-3 yaşından topla ora-bura qaçırdı. Düşünürdüm ki, uşaqdır deyə xoşuna gəlir. Sonra gördüm ki, bu həvəs artır. Təbii olaraq onun futbolçu olmasını istəmirdim. Qızdır, həm də çətin idman növüdür. Bir kəlmə dedi ki, "Azularımı puç etmə". Bu sözü məni kövrəltdi.
Artıq 3 ilə yaxındır ki, peşəkar futbolla məşğuldur. Nə dərəcədə yaxşı futbolçu olduğunu zaman göstərəcək. İndi də deyir ki, məni kunq-fu idman növünə qoy. Hər ikisi ilə məşğul olmaq istəyir".
Qeyd edək ki, sənətçinin bir oğlu da var. O, xaricdə yaşayır. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
















