Ruhi Çenetin kanalı üçüncü dəfə oğurlandı

Ruhi Çenetin kanalı üçüncü dəfə oğurlandı

Türkiyənin ən məşhur yutuberlərindən olan Ruhi Çenetin kanalı üçüncü dəfə oğurlanıb.

OLAY yazır ki, onun 9 milyon abunəçisi olan kanalına haker hücumu olub. Kanalı ilk dəfə sındırıldığı zaman bütün videolarının silindiyini və təxminən 300 min abunəçisini itirdiyini açıqlayan Ruhi Çenet 1 milyon lirə zərər etdiyini açıqlamışdı.

Onun kanalının bu dəfə həm profil şəklinin, həm də adının dəyişdiyi görülüb.