Müğənni Sevda Əliqızının səsi batıb.
Milli.Az xəbər verir ki, o, qonaq olduğu "Günə uğurla" verilişində bu barədə danışıb:
"Səsimdə problem yaranıb. Düzəlmir. Bakıda da, xaricdə də müraciət etmədiyim həkim qalmayıb. Səsimdə xırıltı var, canlı ifa edə bilmirəm. Müalicələr davam edir. Bir ildir müalicə alıram, amma heç nə xeyir etmir. Danışa bilmirəm, səsim açılmır. Orqanizmimdə turşuluq çoxdur, o da səs tellərimi yandırır. Mübarizə aparıram, xəstəliklərə əhəmiyyət vermirəm. Həyatıma davam edirəm".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















