Aktrisa Zarina Qurbanova mahnı oxumağını tənqid edənlərə cavab verib.
Milli.Az olay-a istinadən bildirir ki, o, bu barədə "Xəbər ətər" verilişində danışıb.
- Komedixananın aktrisası müğənniliyə başladı - FOTO
"Mən özümü incəsənətin bütün sahələrində inkişaf etdirmək məcburiyyətindəyəm. Çünki mən aktrisayam. Bilə bilmərəm, bir il sonra hansı müğənninin həyatını oynayacağam. Bəlkə, hansısa rəqqasənin həyatını oynayacağam. Mən o sahələrin hər birini professional dərəcədə öyrənməliyəm ki, sabah mənim qarşıma belə bir ssenari çıxanda mən onun öhdəsindən gələ bilim", - deyə, o, söyləyib.
Qurbanova həmçinin, türkiyəli aktyorların seriallarda mahnı oxumasından bəhs edib:
"Baxırıq ki, Türkiyədə hər hansı bir aktrisa oxudu. Şərhlərə baxırsan ki, bizim tamaşaçılarımız çox gözəl qarşıladılar. Tənqid və təhqir edənlərdən danışıram. Türkiyədə, Hollivudda oxuyan aktrisanı necə də gözəl qarşılayırlar. Fahriye Evcen, Serenay Sarıkaya filmin içində oxuyub. Tənqid, təhqir edənlər onları necə gözəl alqışlayırlar və deyirlər ki, bizimkilərdə yoxdur. Sizin özünüzünkü buradadır, hansı ki, yeddi il vokal, altı il muğam təhsili var. Bu gənc incəsənətin bu çətin dövründə inkişaf etmək üçün öz üzərində bir şeylər edir. Biz aktyorlar çox çətin dövrdən keçirik. Nə film çəkilir, nə serial. Ya teatrda, ya da gündəlik serialda olmalıyıq. İldə bir film çəkilir. Yüzlərcə aktyor var. Mən oraya düşəcəm, düşməyəcəyəm, sual altındadır".
Qeyd edək ki, Zarina bir neçə gün öncə "Özü yıxılan ağlamaz" adlı mahnısını klipi ilə birlikə təqdim edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun