Aparıcı Şəbnəm Naibli müğənni Ülkər Sultanı məhkəməyə verib.
Milli.Az xəbər verir ki, Şəbnəm haqda xəbər səhifələrindən birində aparıcı haqda video paylaşılıb. Videoya Ü. Sultan təhqir dolu sözlər yazıb.
O, aparıcı ilə yanaşı ailəsi və nəsli haqda da eyni tonda davam edib.
Şəbnəm Naibli müğənnini məhkəməyə verib. Və ona qarşı xüsusi ittiham üzrə cinayət işi açılıb.
Şənbəm açıqlamasında ilk dəfədir belə halla rastlaşdığını və çox təəssüf etdiyini bildirib:
"Ağlıma gəlməzdi ki, bir xanıma qarşı xüsusi ittiham qaydasında cinayət işi açdıraram. Mən onu heç tanımırdım. Bu hadisədən sonra maraqlandım və tanıdım. Kaş heç tanımazdım. Mən Azərbaycan xanımı deyəndə ağlıma ancaq mədəni, ziyalı, tərbiyəli və əxlaqlı ana və bacılarım gəlir. Təssüüf ki, belə hallar da var".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
















