“Kirli sepeti”ndə qərar dəyişikliyi

“Kirli sepeti”ndə qərar dəyişikliyi

Türkiyənin “NOW” kanalında hər bazar izləyici qarşısına çıxan “Kirli sepeti” serialının final qərarı ləğv edilib.

OLAY yazır ki, 31-ci bölümdə bitməsi planlaşdırılan layihə reytinqlərini artırdıqdan sonra, ekran işinin yeni sezonda da yayımlanmasına qərar verilib.

Qeyd edək ki, serialda Ayça Bingöl, Ceren Moray və Cansu Tosun baş rollarda yer alır.