Hazırda Malmödə Avroviziyanın birinci yarımfinalı keçirilir.
OLAY yazır ki, Serbiya, Ukrayna, Moldova, İsveç, Avstraliya, Finlandiya, Portuqaliya, Polşa, İslandiya, Litva, Sloveniya, Birləşmiş Krallıq, Xorvatiya,Lüksemburq, Kipr və Azərbaycan final uğrunda yarışır. Gecənin aparıcıları Petra Mede və Malin Okermandır.
Qeyd edək ki, Azərbaycan 12-ci nömrə ilə səhnəyə çıxacaq.
***
Kipr təmsilçisi Silia Kapsis “Liar” adlı mahnısı ilə səhnədədir!
***
Serbiyadan Teya Dora “Ramonda” ilə Avroviziya səhnəsindədir!
***
Litva təmsilçisi Silvester Belt “Luktelk” mahnısını səsləndirir.