Türkiyəli aktrisa müğənni Mert Demirlə haqqında çıxan reklam eşqi xəbərlərinə aydınlıq gətirib.
OLAY yazır ki, o, “Kimler geldi kimler geçti” serialının qala gecəsində jurnalistlərin suallarını cavablandırıb.
“Belə şeylər eradan əvvəldə qalmayıb? Gerçək həyatda belə şey yoxdur. Mənə çox gülməli və inanması çox çətin gəlir. İnsanların buna inanması da mənə çox qəribə gəlir. Mən elə yaşamıram”, - deyə, söyləyib.
Qeyd edək ki, türk mətbuatında cütlüyün eşq yaşamadığı, reklam üçün birlikdə görüntüləndikləri ilə bağlı xəbərlər yayılıb.