İsveçin Malmö şəhərində 68-ci Avroviziya-2024 mahnı müsabiqəsinin birinci yarımfinalı start götürüb.
Milli.Az xəbər verir ki, birinci yarımfinalda 15 ölkə çıxış edəcək və onlardan 10-u əsas finala vəsiqə qazanacaq.
Azərbaycanı yarışmada təmsilçilər Fahree və İlkin Dövlətov "Özünlə apar" mahnısı ilə təmsil edir.
Onlar səhnəyə 12-ci çıxacaqlar. Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun