Ağadadaş Ağayevdən mahnısını oxuyan Vasifə İRAD: " Yerindən duran..." - VİDEO

Ağadadaş Ağayevdən mahnısını oxuyan Vasifə İRAD: " Yerindən duran..." - VİDEO

"Gətirib bəzi musiqiçiləri otuzdururlar efirdə. Orada palatka toyunun ab-havasını, qoxusunu insanlara yansıdırlar. Buna ehtiyac yoxdur, xoşum gəlmir. Azərbaycanda insanlar bu gün estradaya acdır. Yerindən duran nə gəldi oxuyur".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Özəl" proqramında deyib. Müğənni Verilişlərdən və təqdim edilən mahnılardan şikayət edib. O bildirib ki, efirdə yayımlanan musiqilər insanların zövqünü korlayır:

"Bakılı qız" mahnısı ilə sənətə vəsiqə aldım. Həmin vaxtlar çox bayağı mahnıları ucuz aranjiman edib, efirə çıxardırdılar. O vaxt böyük təqdimat etdik. Cavan Zeynallı çıxıb dedi ki, (Cavan Zeynallını yamsılayır - red.) hər gün efiri açıram ağlamalı mahnılar. Birdən Vasif - cavan oğlan çıxır və "Bakılı qız" oxuyur, ürəyim açıldı.

Mən toy bazarını düşünmədim. 4-5 il altı-səkkiz ritmində mahnı oxumadım, amma hər gün toyum oldu. Düzgün yol seçsən, pul səni tapacaq. İndi mahnılar çıxıb: sən, mən, o... Bu, nədir?".

V.Məhərrəmli Xalq artisti Ağadadaş Ağayevin ona bildirdiyi iraddan söz açıb:

"Vəfalı yarım" mahnısının 40-dan çox yaşı var, Ağadadaş Ağayevin repertuarındandır. Oxudum, bir az dəyişdim. Dedi ki, oxumusan, amma dəyişmə. İradı qəbul etdim, gedib studiyada yenidən oxudum".

Müğənni aparıcı Kazım Sübhanın "Toy musiqisinin efirə çıxmasına gərək var idi" sualına belə cavab verib:

"Bu, təhqirdir, bu ifadəni qəbul etmirəım. Deyirlər, toy toyda qalmalıdır, efir efirdir. O nə deməkdir? Elə şey yoxdur. Özün maarifləndirməlisən. Elə oxumalısan ki, camaat mariflənməlidir. Söhbət mahnı janrından gedirsə, hamısı mahnıdır. Gəlib, romans, ballada oxuyursansa, başqadır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun