Eldarın istefası tələb olunur - FOTO

Eldarın istefası tələb olunur - FOTO

Ötən gün Azərbaycan təmsilçilərinin "Avroviziya"da finala keçməməyi birmənalı qarşılanmayıb.

Milli.Az olay-a istinadən bildirir ki, sosial şəbəkə istifadəçiləri və müsabiqənin fanatları Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımovdan istefa verməyini tələb ediblər.

X-in Azərbaycan seqmentində, həmçinin Eldarın instaqramdakı sonuncu postunun altında bu barədə onlarla şərh yazılıb. Bildirilib ki, Qasımov iki ildir deleqasiyaya rəhbərlik edir və bu müddət ərzində biz finala keçə bilməmişik.

Şərhlərin çoxunda #Eldaristefa həşteqi yer alıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun