Aparıcı Mətanət Əliverdiyeva canlı yayım zamanı etdiyi gözlənilməz hədiyyə ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, aparıcı efirdə Xalq artisti Miri Yusifin bacısına barmağındakı bahalı üzüyü çıxararaq hədiyyə edib. Studiyada baş verən bu səmimi an həm qonaqların, həm də tamaşaçıların marağına səbəb olub.
Mətanət Əliverdiyevanın jesti sosial şəbəkələrdə də geniş müzakirə olunub. İzləyicilərin bir qismi bu addımı alqışlayaraq aparıcının səxavətini yüksək qiymətləndirib, digərləri isə gözlənilməz hədiyyəni günün ən diqqətçəkən anlarından biri adlandırıblar.
Canlı efirdə yaşanan həmin anlar qısa zamanda sosial mediada yayılaraq böyük maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















