Xanəndə Pərviz Qasımov bir neçə gün öncə sosial şəbəkələrdə tənqid olunan videosundan danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “El canlı” verilişində açıqlama verib.
Bodibildinq yarışında çempion olan Pərviz həmin gün çəkilən görüntüsündən söz açıb:
“Səhnəyə çıxmazdan 5 dəqiqə əvvəl mahnı oxudum. Onu ictimailəşdirdilər, dedilər, adam o geyimdə mahnı oxuyar? Adam o geyimdə himn səslənəndə əlini sinəsinə qoyub dayana bilirsə, mahnı oxuya bilməz?”.