"Özümü sevirəm. Həyatım gözəllik, sevgi, eşq və Allahımla bağlıdır. Mənim heç kimdə gözüm yoxdur. Kim 10 dəfə ərə getdi, 20 dəfə boşandı, kimin milyonları var, axı bunlardan mənə nə? Bu kimi məsələləri oturub fikirləşdikcə insan çürüyər. Öz həyatımdan başqa məni kimsə maraqlandırmır. Heç kim! Mənim öz dünyam var".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.
Sənətçi bildirib ki, çoxları onun varlığını həzm edə bilmir:
"Həyatımda biri var, amma narahat olmayın, o, sizin nə sevgiliniz, nə də ki, ərinizdir. Heç narahat olmayın! Mənim sözüm kimi də çəkim ağırdır. Məni həzm edə bilmirlər. Amma mən hamını sevirəm. Mənim kimi qolu-qanadı qırılan, problemlər yaşayan, cürbəcür hadisələr üzərinə çıxıb onları ötüşdürən insan elə mən özüməm. Amma yenə də mən özüm-özümə deyirəm ki, Allah bunun betərindən saxlasın. Allah yaxşı etsin. Kiməsə pislik etmək əlimdən gəlmir. Mən elə şey edə bilmərəm, əlim də, dilim də quruyar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun