Onun zəngi Günayı efirdə hönkür-hönkür AĞLATDI - VİDEO

Onun zəngi Günayı efirdə hönkür-hönkür AĞLATDI - VİDEO

Aparıcı Günay Baxşəliyeva efirdə göz yaşlarına qərq olub. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, həmin anlar Günayın aparıcısı olduğu "Günaylı gün" verilişində yaşanıb. 

G.Baxşəliyevanın ibtidai sinif müəllimi Baharə xanımın efirə zəng etməsi aparıcını kövrəldib. Müəlliminin səsini eşidən Günay əlləri ilə üzünü tutaraq ağlayıb. 

Aparıcı hisslərini bu sözlərlə ifadə edib: 

"Mən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Faiq Rəfiyev adına 166 nömrəli məktəbdə oxumuşam. Nə yaxşı ki, varsınız. Məni çox kövrəltdiniz. Bu efir yaddaşıma yazıldı. Bir anlıq məktəb illərinə qayıtdım və o hissləri yenidən yaşadım. Baharə xanım mənə çox doğma olan bir müəllimdir. Mən sinif nümayəndəsi idim. Onun bütün işləri mənimlə olurdu, bütün məsuliyyət mənim çiyinlərimdə idi. O mənə çox güvənirdi". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun