Müğənni Çinarə Məlikzadə Avroviziya müsabiqəsində ölkəmizi təmsil edən ifaçılarla bağlı diqqət çəkən açıqlamalar edib.
OLAY yazır ki, o, yarışmaya qatılan müğənnilərin karyeralarını uğurlu davam etdirmədiyini söyləyib. Bu barədə Məlikzadə “El canlı” verilişində danışıb:
“Avroviziyaya getmək fikrim yoxdur. Çünki ora gedib, gələnlər arasında uğurlu karyera davamçısı görməmişəm. Təbii ki, hamısına aid deyil. Bir az sanki yadplanetli olurlar. Avroviziya səhnəsi çox gözəl, böyük səhnədir. Mən öz Vətənimdə ondan daha böyük, mühüm səhnələrdə çıxış etmişəm. Ona görə də, nə gərək var ki”.
O, aparıcı Elcan Rəsulovun “Yaxşı pul da versələr istəməzsən” sualına “Məndə hər şey pulla ölçülmür” cavabını verib.