“Finala keçməyə qoymadılar”

“Finala keçməyə qoymadılar”

Xalq artisti Flora Kərimova final mərhələsinə keçə bilməyən "Avroviziya 2024" təmsilçilərimiz Fahree və İlkin Dövlətovla bağlı sosial şəbəkədə paylaşım edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, iştirakçılara dəstək olan sənətçi onların ölkəmizi layiqincə təmsil etdiklərini bildirib: 

"Finala keçə bilmədi" yox, "Finala keçməyə qoymadılar". Xəbər başlıqlarını belə yazardım. Sizi təbrik edirəm. Ən böyük uğurunuz gözəl çıxışınız və layiqli təmsil etməyinizdir. Dünyada yarandığı zamandan mütləq ədalət olmayıb. Dünyanın iyrəncləşmiş indiki dövründə dəyər ummaq, illah da hər bir şeyin bütün müqəddəslikləri ərimiş insanların əlində olduğu halda. Əminəm ki, bu yola çıxdığınız andan buna hazır idiniz. Böyül addımlarla irəli və bu yüksəlişinizə uğur diləyirəm. Vətən, millət sizi sevir. Mən sizi sevirəm. Bir daha təbrik edirəm". 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun