Türkiyəli aktyorlar Furkan Andıç, Busə Maral və Çağdaş Onur Öztürk Bakıya gəliblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onların paytaxta səfərinin səbəbi rol aldıqları "Cadı" filminin qala gecəsidir.
Furkan Andıç təyyarədən olan fotosunu sosial şəbəkə hesabında paylaşaraq Azərbaycan dilində bunları yazıb:
"Bu axşam "Cadı" filminin qala gecəsində görüşənədək".
Busə Maral da İnstaqramda meneceri ilə paylaşım edərək, Bakıda olduğunu bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun