Bu gün “Avroviziya”nın ikinci yarımfinalıdır

Bu gün “Avroviziya”nın ikinci yarımfinalıdır

Bu gün İsveçin Malmö şəhərində sayca 68-ci nüfuzlu "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, 16 Avropa ölkəsi finala çıxmaq üçün mübarizə aparacaqlar. 

Onlar Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Belçika, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marinodur. 

Xatırladaq ki, ölkəmizi yarışmada Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil etsələr də, finala vəsiqə qazana bilməyib. 
Qeyd edək ki, müsabiqənin finalı mayın 11-də baş tutacaq. Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun