"Bunları həzm edə bilmirəm"

"Bunları həzm edə bilmirəm"

"Biz səbrli idik, yolavermək bizdə böyük idi. İndikilər hər şeyə həssas yanaşırlar. Bizdən fərqli olaraq indi gənclər daha kaprizli və həssasdırlar. Biz müəyyən haqsızlıqlara, yanlışlıqlara dözürdük. İndi oğluma deyirəm ki, verilişə getmək lazımdır, fikirləşir. Biz isə təklif gələndə sevinirdik. Amma hələ mənim sözüm keçir". 

Milli.Az axşam.az-a istinadəm xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "İncə səhər" proqramında deyib. Oğlu Rəşaddan danışan müğənni ona verdiyi məsləhətlərdən bəhs edib. 

K.Kərimova gənc ifaçılara dəstəyindən söz açıb:

"Başqa cür necə ola bilər, həzm edə bilmirəm. Haradsa istedadlı gənc görürəmsə, axtarıram, düşünürəm ki, necə kömək ola bilərəm? Sənəti olmayan, cılızlara çox əsəbiyəm. İstedadı olmayan onsuz gəlib yer tapır, biz istedadlılara dəstək olaq".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun