“Pis mahnılar beyinə ziyandır, qulaq asmayın. İnsanın zövqünü yanlış formalaşdırır. Pis musiqiyə qulaq asmaq psixologiya üçün də zərərldir”.
OLAY-ın məlumatına görə, bu sözləri TikTok-da canlı yayım zamanı müğənni Natavan Həbibi deyib. O, həmçinin efirlərə gec-gec çıxmasından danışıb:
“Bu, tatktika deyil. İçimdən nə gəlirsə, necə rahatdırsa, elə addım atıram. Hər gün harasa çıxmağa narahat olaram. O insanlardan deyiləm ki, evdən tez-tez çıxım. Hər gün efirə çıxan müğənnilər indi həvəslidirlər. Biz bu yolları çoxdan keçmişik, indi hərə öz işi, ailəsi ilə məşğuldur. Mən özümdən danışıram. Mən ümumiyyətlə evdən çıxmaram. Evdaram, Zeydə görə evə daha çox bağlanmışam”.