Aktyor Müşviq Şahverdiyevin canlı ifası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, sənətçi səsləndirdiyi "Doldur Meyhaneci" mahnısı ilə diqqət mərkəzinə düşüb. Əlində içki ilə mahnını ifa etdiyi görüntülər qısa zamanda internetdə yayılaraq müxtəlif reaksiyalar doğurub.
İzləyicilərin bir qismi Müşviq Şahverdiyevin səhnə performansını və mahnını ifa tərzini bəyəndiyini bildirərək maraqlı rəylər yazıb. Digər tərəfdən, bəzi sosial şəbəkə istifadəçiləri isə sənətçinin bu görüntüsünü tənqid edərək onun əlində içki ilə çıxış etməsini düzgün hesab etmədiklərini qeyd ediblər.
Aktyorun paylaşımı qısa müddətdə çoxsaylı baxış sayı toplayıb və sosial şəbəkələrdə ən çox müzakirə olunan görüntülərdən birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















