Əməkdar artist Elnarə Abdullayeva türkiyəli müğənni Serdar Ortaçla bağlı açıqlamalar edib.
OLAY yazır ki, sənətçi onun mahnılarını tez-tez dinləyərək sosial media hesabında paylaşan Ortaçla görüşdürülmədiyini deyib. Bu barədə o, “Xəzər axşamı” verilişində danışıb.
“Serdar Ortaç bura neçə dəfə gəlib. Bircə dəfə bizə konsertdə oxumağa zəng etdilər. Prodüserə dedik ki, qaraçı kimi olmasın. Biz deyək hansı mahnı olsun. Yenə danışacam, deyəcəklər, belə danışdı. Serdar Ortaç bura gəlir. Bu “ləliyə-ləliyə”, Elnarə deyə-deyə gəlir, Elnarə xanım deyə-deyə gedir. Bizimkilər qəribədir, bilmirəm bu nə xarakterdir. Özləri bilə-bilə, yoxsa bilməyə-bilməyə edir. Bizimkilər güya bununla məni görüşdürmürlər. Güya mən bununla görüşəndə məşhurlaşacağam. Mən həmin Elnarəyəm. Biz qəribə bir millətik. Güya nə olacaq ki? Burada bir insaniyyətlik, səmimiyyət rolu var. Başa düşə bilmirəm. Mən onun bir-iki mahnısını öyrəndim, oxudum. Bəlkə də, ondan yaxşı oxudum. Axı biz insanıq. Konsertdə gəldi, mahnını başdan-ayağa oxudu. Hələ muğam da oxudu. Bunu mənə qarşı olan münasibət saymıram. Bu, Azərbaycan musiqisinə olan münasibətdir”, - deyə, o, söyləyib.
Qeyd edək ki, Serdar Ortaç dəfələrlə Elnarə Abdullayevanın ifalarını dinlədiyi anları paylaşaraq ona heyranlığını göstərib.