“Avroviziya 2003”ün qalibi, türkiyəli müğənni Sertab Erener yenidən müsabiqənin səhnəsində çıxış edib.
OLAY yazır ki, sənətçi yarışmanın 2-ci yarımfinalında səhnə alıb.
O, 2003-cü ildə onu qalib edən “Everyway that i can” mahnısını səsləndirib.
Sertabın çıxışı sosial şəbəkələrdə viral olub. İstifadəçilər illər sonra türkiyəli sənətçinin Avroviziya çıxışının baş tutmasını həyəcanla qarşılayıb.
Hətta qardaş ölkənin növbəti ilə yarışa qatılmalı olduğunu yazanlar olub.