Müğənni Türkan Vəlizadə TikTok-da açdığı canlı yayımda izləyicilərinin suallarını cavablandırıb.
Milli.Az xəbər verir ki, sənətçi söhbət zamanı həm çəkisi, həm də şəxsi həyatı ilə bağlı maraqlı məqamlara toxunub.
İzləyicilərdən bəziləri ona bədənşəkilləndirmə əməliyyatı etdirməyi tövsiyə edib. Lakin Türkan bu təklifə isti yanaşmadığını, cərrahi müdaxilədən çəkindiyini bildirib.
"Evdən də məsləhət görürlər, bacım da deyir. Amma etmək istəmirəm, qorxuram", - deyə müğənni fikrini bölüşüb.
Canlı yayımın diqqət çəkən məqamlarından biri də ifaçının atası ilə avtomobildəki söhbəti olub. Sükan arxasında olan atasının saçlarının ağardığını görən Türkan ona "Saçların necə ağarıb, Allah məni öldürsün" deyə müraciət edib. Atası isə 68 yaşının olduğunu xatırladaraq bunun yaşla bağlı təbii hal olduğunu söyləyib.
Sənətçi avtomobil idarə etməyə də maraq göstərmədiyini açıqlayıb. Onun sözlərinə görə, tıxaclarda səbrini itirməkdən ehtiyat etdiyi üçün sükan arxasına keçmək istəmir.
Bundan əlavə, izləyiciləri Türkan Vəlizadəni Türkiyənin "Yeraltı" serialında Sultan obrazını canlandıran aktrisaya bənzədiblər. Müğənni isə bu fikirlə razılaşmayıb. O, obrazın saç rənginin və ümumi görünüşünün özündən fərqləndiyini vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

















