Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sertab Erener 21 ildən sonra yenidən "Avroviziya" səhnəsində çıxış edib.
Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, ifaçı ötən gün yarışmanın ikinci yarımfinalda qonaq qismində səhnə alıb.
O, 2003-cü ildə sözügedən yarışmada ölkəsinə ilk birinciliyi qazandıran "Everyway That I Can" mahnısını fərqli versiyada ifa edib.
Xatırladaq ki, Türkiyə sonuncu dəfə "Avroviziya"da 2012-ci ildə Azərbaycanda keçirilərkən iştirak edib.
Qeyd edək ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.
Müsabiqənin finalı mayın 11-də keçiriləcək. Son mərhələyə birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun