“Onun sayəsində televiziyaya seçildim”

“Onun sayəsində televiziyaya seçildim”

Aparıcı Günay Baxşəliyeva televiziyaya ilk gəlişindən bəhs edib.

Milli.Az olay-a istinadən bildirir ki, o, 3000-dən çox insan arasından seçilməyinin əsas səbəbini açıqlayıb. Bu barədə Baxşəliyeva "Günaylı gün" verilişində danışıb.

"Mən kitaba, dəftərə çox həvəsliyəm. İndi də avtomobilimin arxasında Azərbaycan dilinin qayda-qanunları, qrammatikası kitabı var. Mənim televiziyaya gəlişimin, seçilməyimin səbəbi Azərbaycan dilini və ədəbiyyatı, qrammatikanı mükəmməl bilməyim olub. Onun sayəsində, o qədər insanın arasından seçildim. Çünki məndən də gözəl qızlar var idi. Məndən də yaraşıqlı bəylər var idi. Çox idik, 3000 nəfərdən çox insan gəlmişdi. Arasından seçildi, 500 qaldı, axırda haradasa 15-20 nəfər qaldı. Artıq bilikləri yoxlamağa başladılar. Sualları səsləndirdilər. Bütün suallara cavab verdim. İndiki kimi yadımdadır. Ondan sonra hətta mənə redaktorluq da, aparıcılıq da təklif etdilər. İlk işim redaktor işi oldu. Sonra "Bizim səhər"də aparıcılıq etməyə başladım", - deyə, o, söyləyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun