Əminə Şirin: "Demək ki, o ibadət sənə heç nə öyrətməyib"

Əminə Şirin: "Demək ki, o ibadət sənə heç nə öyrətməyib"
Əminə Şirin: "Demək ki, o ibadət sənə heç nə öyrətməyib"

Müğənni Əminə Şirin sosial şəbəkədə səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi ibadətin insanın davranışında və mənəvi dəyərlərində əks olunmasının vacibliyindən danışaraq diqqət çəkən açıqlamalar verib.

Əminə Şirin bildirib ki, insan yalnız ibadət etməklə kifayətlənməməli, bunun təsirini gündəlik həyatında və insanlarla münasibətində də göstərməlidir.

"Mənə nə sənin ibadətindən ki, əgər sən namaz qılıb Allah qarşısında səcdəyə gedirsənsə, ibadətin bitəndən sonra imkanlı, vəzifəli şəxsin qarşısında da səcdəyə gedirsənsə, demək ki, o namaz sənə heç nə öyrətməyib. Həcc ziyarətinə bütün insanların Allah qatında bərabər olduğunu qəbul edib gedirsənsə, yenə də gəlib milliyyət, irq və din ayrı-seçkiliyinə yol verirsənsə, demək ki, o ziyarət də sənə heç nə öyrətməyib", - deyə sənətçi vurğulayıb.

Onun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi müğənninin səsləndirdiyi fikirlərlə razılaşaraq ona dəstək verib, digərləri isə mövzu ilə bağlı fərqli baxışlarını bölüşüblər.

Əminə Şirinin açıqlaması qısa zamanda sosial mediada geniş yayılaraq müxtəlif reaksiyalar doğurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az