Türkan Şoray imtina etdiyi "Çalı kuşu" serialından danışdı - (Video)

Türkan Şoray imtina etdiyi "Çalı kuşu" serialından danışdı - (Video)
Türkan Şoray imtina etdiyi "Çalı kuşu" serialından danışdı - (Video)

Türkiyə kinosunun əfsanəvi aktrisası Türkan Şoray illər əvvəl çəkilməkdən imtina etdiyi məşhur "Çalı kuşu" serialı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçi bildirib ki, karyerasının həmin dövründə televiziya seriallarına isti yanaşmayıb və bu səbəbdən bir sıra layihələrdə rol almaq təklifini geri çevirib. Onun sözlərinə görə, "Çalı kuşu" da qəbul etmədiyi ekran işlərindən biri olub.

Türkan Şoray etiraf edib ki, sonradan serialların televiziya sektorunda böyük yer tutduğunu və tamaşaçılar tərəfindən geniş maraqla qarşılandığını gördükdən sonra bu məsələyə baxışı tamamilə dəyişib.

Əfsanəvi aktrisanın illər sonra etdiyi bu səmimi etiraf sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İzləyicilər onun açıqlamasını maraqla qarşılayaraq müxtəlif fikirlər səsləndiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az