"Arzu edirəm ki, çox hörmət etdiyim və istədiyim xanımların qarşısına mənim qarşıma çıxan kimi bir şəxs çıxsın. Ona başımla, yüz faiz cavabdehəm".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Ailə qurduğunu açıqlayan Mətanət bildirib ki, onun həyat yoldaşının şəkli heç zaman ekranlarda olmayacaq:
"Həyat yoldaşım şəkli ekranlarda gəzəcək kişilərdən deyil".
Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) "Müğənnilər həyat yoldaşlarını ekranlarda nümayiş etdirirlər. Ayıbdır ki?" sualına M.Əsədova "O, müğənninin qarşısındakı kişisinin xasiyyətindən asılıdır. Məni o müğənnilərlə bir səviyyəyə qoyma" deyə cavab verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun