Müğənni Nigar Camal açıqlaması ilə diqqətləri üzərinə cəmləməyi bacarıb.
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, sənətçi həmkarı Eldar Qasımovla "Avroviziya"dakı qələbələrindən söz salıb.
O, qalibiyyətdən sonra dövlət tərəfindən ona bağışlanan evdən danışıb:
"İndiyə kimi ən bahalı hədiyyəm olub. Qələbə qazandıqdan sonra bizə ev verdilər".
Qeyd edək ki, Nigar Camal və Eldar Qasımov Azərbaycanı 2011-ci ildə "Avroviziya" mahnı müsabiqəsində təmsil ediblər. Onlar ölkəmizə qələbə ilə qayıdıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun