Məşhur teleaparıcı Lətafət Ələkbərovanın qızı Rəna əməliyyat keçirib.
Milli.Az xəbər verir ki, əməliyyat Türkiyənin İstanbul şəhərində yerləşən klinikada baş tutub. Cərrahi müdaxilə estetik və plastik cərrahı, uzman həkim tərəfindən həyata keçirilib.
Bildirilib ki, əməliyyat uğurla yekunlaşıb. Hazırda Rənanın vəziyyətinin yaxşı olduğu və özünü normal hiss etdiyi qeyd olunub.
Xəbər qısa zamanda sosial şəbəkələrdə yayılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az

















