"Əsas odur ki, həyat yoldaşım kiminsə əri deyil"

"Əsas odur ki, həyat yoldaşım kiminsə əri deyil"

Müğənni Kəmalə Qaramollayeva ilə şair və jurnalist Anar Vəziroğlu arasında qalmaqal yaşanıb.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, buna səbəb sənətçinin ikinci dəfə ərə getməsi ilə bağlı suallara ətraflı danışmaqdan imtina etməsi olub.

Kəmalə şəxsi həyatı ilə bağlı bunları söyləyib:

"Mən şəxsini şəxsi bilirəm. Ona görə də şəxsi həyatımı gündəmə gətirmək istəmirəm. Mənə suallar verirsiniz, hörmətsizlik olmasın deyə, bir kəlimə cavab verirəm və dərinə getmirəm. İndi sənətçilərin əksəriyyəti sənətlə yox, ailə mövzuları ilə gündəmə gəlirlər. Camaat artıq bilir ki, onlar gündəmə gəlmək üçün bunları edirlər. Mən isə belə mövzularla gündəmə gəlmək istəmirəm. Nə övladımı, nə də ailəmi reklam etmək istəyirəm. Oxumağımla gündəmə gəlməliyəm. Olmursa, olmasın".

"Əsas odur ki, həyat yoldaşım kiminsə əri deyil" deyən Kəmalə fikirlərini davam etidirib:

"Mənim halal həyat yoldaşımdır, öz yaşıdımdır. Çox gözəl ailəm var. Həyat yoldaşım istəmir ki, bu mövzu ilə gündəmə gəlim. Mənim həyat yoldaşım başqa sahənin adamıdır".

Qaramollayeva birinci həyat yoldaşı ilə münasibətlərinin yaxşı olduğunu və oğluna baxdığını söyləyib:

"İlk həyat yoldaşımla, yəni övladımın atası ilə çox gözəl münasibətim var. Dostuq! O bizim evimizə gəlib-gedir. Oğluma baxır. Şəxsi həyatımı pisləsəm, Allaha xoş getməz. Şəxsi həyatımı açıb-ağartmaq istəmirəm. Əsas odur ki, mən heç kimin ailəsini dağıtmamışam. Nə də ikinci ərimin neçəncisə arvadı deyiləm. Onun yeganə həyat yoldaşıyam. Bu, onun da, mənim də ikinci evliliyimizdir. Xaricdə ailə qurub, elə xaricdə də boşanıb. Avropada..."

Sənətçinin bu çıxışı Anar Vəziroğlunun xoşuna gəlməyib. Jurnalist müğənniyə etiraz edib:

"Mən özümə şübhə ilə yanaşıram. Niyə? Çünki bura gələnlər hamı bizə jurnalistikadan dərs deməyə çalışır. Şəxsi həyatdır, ikinci dəfə ərə gedib. Biz Kəmalənin ərə getməsinə qadağa qoymuruq. Allah xoşbəxt etsin. Amma Kəmalə mənə jurnalistikadan məktəb keçməsin. Axı bu nə deməkdir ki, jurnalist bilməlidir, mənə hansı sualı versin. Əgər sualı qəbul etmirsənsə, de ki, suala cavab vermək istəmirəm. Söhbət belədir. Hərənin subyektiv fikri var. Kəmalə deyir ki, şəxsi həyatıma qarışmayın".

Bu anda Kəmalə "Siz kimsiniz ki, mənimlə belə danışırsınız? Sizə ixtiyar vermirəm ki, mənimlə belə danışasız. Mən ümumiyyətlə, danışmayacağam. Siz özünüzü reklam edirsiniz. Amma səviyyənizə enməyəcəyəm" cavabını verib.

Bundan sonra studiyada ekspertlər arasında bu mövzuda fikirlər paçalanıb və gənginlik pik həddə çatıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun