Azərbaycanlı reper Rusiyada axtarışa verildi - FOTO

Azərbaycanlı reper Rusiyada axtarışa verildi - FOTO

Rusiya şou-biznesində Navai təxəllüsü ilə fəaliyyət göstərən, "HammAli&Navai" duetinin solisti Nəvai Bəkirov şirkətinin borclarına görə məhkəmə icraçıları tərəfindən axtarışa verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, azərbaycanəsilli rep ifaçısının "Scar Trading MMC" şirkətinin 2 milyon rubldan (36,9 min manat) çox borcu var.

Məlumata görə, Bəkirov iki il əvvəl şirkətin ortaq sahibi olub. Keçən il o, 617 min rubl (təxminən 11 min manat) zərər çəkib.

Mənbədən bildirilib ki, ifaçının şirkətindən ehtimal ki, dövlət rüsumlarının ödənilməməsinə görə 700 min rubl (12,9 min manat) tutulur. Bundan başqa onun şirkəti cərimələri ödəməyib.

Qeyd olunur ki, "Scar Trading MMC" tikintidən tutmuş kitab satışına qədər müxtəlif növ fəaliyyətlərlə məşğul olur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun